Ru
17:54 / 07 Dekabr 2022

51 nəfərin pensiyası... - DSMF-dən iddialara cavab

4063
Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələri haqqında Baş Prokurorluğa göndərdiyi məlumatda qeyd olunan 51 nəfərin pensiyası 2013-cü ilin may ayınadək olan dövrdə təyin olunub.

Bu barədə Bakupost.az -a Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqlər şöbəsinin müdiri Rəşad Mehdili bildirib.

Onun sözlərinə görə, pensiya təyin olunmuş həmin şəxslərin şəxsiyyət vəsiqəsində doğum tarixi haqqında məlumatların saxtalaşdırması halları aşkarlanıb.

R.Mehdili qeyd edib ki, sığorta haqlarının şəxsi hesablarda əks etdirilməsi üçün son illər DSMF tərəfindən mühüm işlər aparılır:

Hələ 2006-2016-cı illərdə ödənilən, lakin işçilərin fərdi hesabları üzrə bölüşdürülməmiş 1,2 milyard manat vəsait artıq fərdi hesablara bərkidilib ki, bu da sosial sığorta iştirakçılarının hüquqlarının qorunmasına yönələn mühüm addımdır. DSMF Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun şəkildə bu il ilk dəfə konsolidə edilmiş maliyyə hesabatını audit rəyi ilə birlikdə dərc edib. Hesabatın dərci Fondun fəaliyyətində şəffaflığın göstəricisidir".


Xatırladaq ki, 2021-ci il üçün Dövlət sosial müdafiə fondunun (DSMF) icra olunmuş gəlir və xərc göstəriciləri üzrə bəzi uyğunsuzluqlar aşkar olunub. Məlumatları təhrif edilmiş sənədlər əsasında 24 rayon (şəhər) üzrə 51 nəfərə 20 aprel 2013-cü il tarixədək pensiya təyin edilməklə 884 min manat məbləğində vəsait ödənilməsi halı və respublikanın digər rayon və şəhərlərində eyni hal üzrə cinayət tərkibinin əlamətlərinin olma ehtimalını diqqətə alaraq kənar dövlət maliyyə nəzarətinin nəticələri barədə müvafiq materialların Baş Prokurorluğa göndərilməsi qərara alınıb.


Şərhlər
  • Neriman Seyfeli.

    Bu qurum qeder xalqa zulm eden, qanunsuzluga yol veren 2 pensiya huquq -ci bir qurum tanimiram;shexsen menim pensiya huquqlarim birnece amille pozulub; Milli Meclise muraciettmishem, Onlarda nazirliye pesmi mektub gonderselerde hec bir neticesi olmayib; yazdigim mektublarin mezmununa uygun cavab verilmir ve ozleride bilir ki, niye bele edirler.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər