Hansı bank etibarlıdır? - SORĞU
Ru
10:49 / 09 İyul 2024

6 nəfər qasırğanın qurbanı oldu - Minlərlə ev zərər gördü

1733
Atlantik okeanında baş verən Beril qasırğası nəticəsində Venesuelada ölənlərin sayı 6-ya yüksəlib.

Bakupost.az xarici mediaya istinadla bildirir ki, küçə və prospektlərin palçıq qalaqlarına çevrildiyi ərazilərdə zərərin qiymətləndirilməsi işlərinə başlanılıb.

Beril qasırğasının yaratdığı şiddətli yağışlar nəticəsində 7 min 960 ev zərər görərkən, Cumanacoa şəhərində Manzanares çayının daşması nəticəsində evlər və torpaqlar su altında qalıb.

Səlahiyyətlilər qasırğadan ümumilikdə 29 min insanın zərər gördüyünü və lazımi yardımın prezident Nikolas Maduronun göstərişi əsasında çatdırıldığını bildirib.

Elnur
BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar