“Bu gün 65 yaşı tamam olan müəllimlər təhsildən uzaqlaşdırılır. Yaşlı müəllimlərin tədris prosesindən tamamilə uzaqlaşdırılması doğru deyil. Biz yaşlı nəslin təcrübəsini mütləq gənc nəslə ötürməliyik. Hazırki vəziyyətdə buna ciddi ehtiyac var. Hesab edirəm ki, şagirdlərə gənc müəllimlərlə yanaşı yaşlı və təcrübəli pedaqoqlar da dərs deməlidir”.
Bu fikirləri
Bakupost.az -a açıqlamasında
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov deyib.
O bildirib ki, 65 yaşlı müəllimlər arasında çox sağlam və gümrah olanlar da var:
"Hətta onların çoxu gənc müəllimlərdən daha yaxşı dərs aparır. Belə müəllimləri tədrisdən uzaqlaşdırmaq doğru deyil. Yaşlı olduqlarını əsas gətirib savadlı müəllimləri təhsildən uzaqlaşdırmaq olmaz. Onların çoxu peşəkar pedaqoqlardır. Bu gün məktəblərdə gənc, təcrübəsi az olan müəllimlərlə yanaşı, yaşlı, təcrübəli və peşəkar pedaqoqların olması mütləqdir”.
Sevinc
Baku Post