22 iyul-13 sentyabr tarixlərini əhatə edən 2025/2026-cı tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbulu 27021 nəfərin qəbul olunması ilə başa çatıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən
Bakupost.az-a bildirilib ki, qəbul olunan tələbələrin 84%-i dövlət sifarişi əsasında, 16%-i isə ödənişli əsaslarla təhsil almağa başlayıb.
2025/2026-cı tədris ili üzrə tələbə qəbulu 78 peşə təhsili müəssisəsində 152 ixtisas üzrə aparılıb. Bu il peşə təhsili müəssisələrinə qəbul olanların 39%-ni qadınlar təşkil edir. Müraciət edənlərin orta yaşı 21, ən aşağı yaş 13, ən yüksək yaş isə 78 olub.
Mümkün-təsadüfi vakant iş yerlərinə qəbulun əsas meyarları Peşə bilgisi və qabiliyyət müsabiqəsi olduğu halda (məvacibsiz, ödənişsiz, ya sonraya digər sövdəşmələr üzrə təcrübəsiz könüllülərə, əsasən ən yuxarı 25-45 yaşlılara aşkar üstünlük verirlər? *Ağzıyla quş* tutanlar, bir əli ilə *Öd püskürən əjdahanı boğan* tərəfdaşlar təbii ki, 65 təqaüd yaşından sonra da daha məhsuldar işinə görə davam edə bilər! Elə həmin *qartal* gözüylə ü78 yaşlının seçdiyi peşə hamı üçün maraqlı olmazmı? O, hər iki halal təqaüdünü də alacaqmı?