Ru
23:43 / 19 Sentyabr 2025

Kəramət Böyükçöl Əlisəmid Kür üçün ÇAĞIRIŞ etdi: Ona kömək edək!

Kəramət Böyükçöl Əlisəmid Kür üçün ÇAĞIRIŞ etdi: Ona kömək edək!
Eye

Şair Əlisəmid Kürün vəziyyəti ağırdır və hazırda xəstəxanadadır.


Bakupost.az xəbər verir ki, bunu yazıçı Kəramət Böyükçöl sosial şəbəkə hesabında etdiyi paylaşımında bildirib.


O, Mədəniyyət Nazirliyini Əlisəmid Kürün həyatına diqqətli yanaşmağa çağırıb:


"Sonrası nə ola, ola", - deyə-deyə qan-tər içində bir ömür yaşadı. Amma həkimlər və dostları onun səhhətinə, həyatına "nə ola, ola" məntiqi ilə yanaşmasın! Ona kömək etmək, onu tək qoymamaq lazımdır. İnanıram ki, Mədəniyyət Nazirliyi, təkcə Fəxri Xiyabandakı şairlərin məzarına yox, həm də Əlisəmid Kürün həyatına diqqətlə yanaşacaq".


Qeyd edək ki, tanınmış şair Əlisəmid Kür səhhətində problemlər yarandığı üçün sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilib. Sentyabrın 18-də isə Respublika Diaqnostika Mərkəzindən Respublika Klinik xəstəxanasının Reanimasiya şöbəsinə köçürülüb. Onun vəziyyətinin ağır olduğu bildirilir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar