Ru
21:22 / 19 Sentyabr 2025

Kadırovun oğlu daha bir medal aldı

Kadırovun oğlu daha bir medal aldı
Eye

Çeçenistan Təhlükəsizlik Şurasının katibi Adam Kadırov (Xüsusi Təyinatlı Mobil Dəstə) “Axmat-Krepost” OMON - 25” yubiley medalı alıb.

Bakupost.az Yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov “Telegram” kanalında məlumat yayıb.

Onun sözlərinə görə, Qroznıda “Axmat-Krepost” OMON bölməsinin yaradılmasının 25 illiyi şərəfinə təntənəli parad keçirilib.

“Tədbir zamanı Abdul-Kərim Kadırov “Axmat-Krepost” OMON - 25” yubiley medallarını Adam Kadırov, Abuzaid Vismuradov, Şarip Delimxanov və Aslan İrasxanova təqdim edib”, - deyə Çeçenistan rəhbəri qeyd edib.

Bundan əlavə, “Axmat-Krepost” OMON döyüşçüləri fəxri fərmanlar, medallar, o cümlədən 2-ci dərəcəli “Xidmətdə fərqlənməyə görə” və “Döyüş əməliyyatlarının iştirakçısı” döş nişanları ilə təltif ediliblər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar