Bu gün Rusiya hərbi təyyarələrinin Estoniyanın hava məkanını pozması son dərəcə təhlükəli təxribatdır.
Bakupost.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bu barədə “X”də paylaşım edib.
Kaya Kallas bildirib ki, bu, son günlərdə Aİ hava məkanının üçüncü belə pozulmasıdır və regionda gərginliyi daha da artırır:
“Bu, son günlərdə Aİ hava məkanının üçüncü belə pozulmasıdır və regionda gərginliyi daha da artırır. Aİ Estoniya ilə tam həmrəydir. Mən Estoniya hökuməti ilə sıx əlaqə saxlayıram. Biz üzv dövlətlərimizin müdafiəsini Avropa resursları ilə gücləndirməkdə davam etdirəcəyik. Putin Qərbin qətiyyətini sınayır. Biz bu barədə zəiflik göstərməməliyik”, - paylaşımda qeyd olunub.
Qeyd edək ki, Estoniya mediası Rusiyanın üç “MiQ-31” döyüş təyyarəsinin Vaindloo adası yaxınlığında Estoniya hava məkanına icazəsiz daxil olaraq orada təxminən 12 dəqiqə qaldığına dair xəbər yayıb.