Ru
21:14 / 19 Sentyabr 2025

Revanşist deputat Köçəryanın partiyasından çıxdı

Revanşist deputat Köçəryanın partiyasından çıxdı
Eye

Ermənistan parlamentinin deputatı Areqnaz Manukyan mandatından imtina etdiyini bildirib.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, o, qərarını Andranik Tevanyanın rəhbərlik etdiyi və partiya kimi qeydiyyatdan keçmək üçün müraciət etmiş “Ana Ermənistan” hərəkatına qoşulmaqla əsaslandırıb.

Qeyd edək ki, Areqnaz Manukyan Robert Köçəryana yaxın “Ermənistan” blokundan deputat seçilmişdi.

Manukyan bildirib ki, hərəkatın ideyalarını tam dəstəkləyir və orada çoxlu dostları var.

Qeyd edək ki, həmin partiya rusiyayönümlü sayılır. Partiyanın lideri Andranik Tevanyan hətta qanunsuz olaraq Ukraynanın işğal olunmuş torpaqlarına baş çəkib. Bundan başqa, Tevanyan Azərbaycana qarşı düşmən və revanşist mövqeyi ilə tanınır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar