Ru
23:24 / 19 Sentyabr 2025

Bu dövlət qurumunda kütləvi İXTİSAR: Çox sayda insan işdən ÇIXARILDI

Bu dövlət qurumunda kütləvi İXTİSAR: Çox sayda insan işdən ÇIXARILDI
Eye

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Rövşən Rüstəmov ölkənin bir çox rayonlarında bilet satışı ilə məşğul olan kassaları ləğv edib.

Bakupost.az Gununsesi.info-ya istinadla xəbər verir ki, Bakı və Gəncə istisna olmaqla, bütün rayonların dəmiryol vağzallarında kassalar bağlanıb və kassirlər işdən kənarlaşdırılıblar.

Kassirlər bildiriblər ki, "Azərbaycan Dəmir Yolları" rəhbərliyi onların başqa işə keçməsini təmin etməyib.

Rəhbərlik isə qərarı sərnişinlərin bileti onlayn almaları ilə əsaslandırıb. Lakin reallıqda "Azərbaycan Dəmir Yolları" internet səhifəsindən onlayn bilet almaq olduqca çətindir və bir çox hallarda mümkün olmur. Sistemdə davamlı yaranan problemlər barədə dəfələrlə şikayətlər olunub.

Həmçinin bölgələrdə kassaları ləğv edən qurum rəhbərliyi sərnişinlərin yaşlı olmasını və onlayn bilet almaq imkanlarının məhdud olduğunu nəzərə almayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar