Ağcabədidə azyaşlının ölümünə səbəb olan avtomobil qəzası baş verib.
Bakupost.az APA-ya istinadən xəbər verir ki, 32 yaşlı Vəliyev Etibar Zalış oğlunun idarə etdiyi VAZ-2106 markalı avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə sürücünün 8 yaşlı oğlu Vəliyev Ramal həyatını itirib.
Faktla bağlı araşdırma başlanıb.