Ru
10:44 / 25 Mart 2023

ABŞ-da güclü partlayış: ölənlər var - VİDEO

2380
ABŞ-ın Pensilvaniya ştatının Uest-Redinq şəhərində şokolad fabrikində baş verən partlayış və yanğın nəticəsində ən azı 2 nəfər ölüb, 9 nəfər itkin düşüb.

Bakupost.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Zavodun binasının uçduğu, qonşu binaya da ziyan dəydiyi qeyd edilir. Şahidlərin sözlərinə görə, partlayış o qədər güclü olub ki, ətrafdakı avtomobilləri havaya uçurub.

Uest-Redinq xəstəxanasının sözçüsü bildirib ki, hadisə nəticəsində 8 nəfər xəstəxanaya yerləşdirilib.


Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər