"İyulun 20-dən sonra Dubayda Nikol Paşinyanla İlham Əliyevin görüşünün keçiriləcəyi barədə təsdiqlənməmiş məlumatlar var".
Bakupost.az xəbər verir ki, bunu Ermənistanın "Hraparak" nəşri yazıb.
"Hakim dairələrdə belə danışılır ki, ABŞ-ın simasında kollektiv Qərb bu görüşdə hədsiz dərəcədə maraqlıdır və çalışırlar ki, Dubayda sənəd, ilin sonunadək isə sülh müqaviləsi imzalansın.", - xəbərdə deyilir.
Qeyd olunur ki, ABŞ sülh müqaviləsinin tez bir zamanda imzalanması üçün Ermənistana təzyiqləri artırıb:
"Mövcud məlumatlara görə, Tramp administrasiyası Yerevana və Bakıya tranzit yolların açılması və nəzarəti ilə bağlı təkliflər göndərib, burada dəhlizə Amerika və ya seçilmiş ABŞ şirkəti vasitəsilə nəzarət etmək variantı da müzakirə olunub:
Hakim dairələr Amerika planının uğur qazanıb-qazanmayacağına cavab verməkdə çətinlik çəkirlər. Deyirlər ki, Türkiyə bunun əleyhinə deyil və məsələ Paşinyanın səfəri zamanı müzakirə olunub, amma Azərbaycan müqavimət göstərir".
Zaur,
BakuPost