ABŞ 2025-ci ilin aprel ayında 11 yaşınadək səkkiz mindən çox miqrant uşağı ölkədən çıxarıb.
Bakupost.az xəbər verir ki, bu barədə The Independent nəşri məlumat yayıb
“Deportasiya edilən uşaqların bəziləri ABŞ-da qanuni qəyyumları olmayan, qeydiyyata alınmamış yetkinlik yaşına çatmayanlardır” - deyə məqalədə bildirilib.
Nəşr qeyd edir ki, bu ilin aprel ayında ABŞ Miqrasiya Məhkəməsi 11 yaşdan kiçik 8317 uşağın ölkədən çıxarılması barədə qərar verib. Cari ilin aprelində ölkədən deportasiya olunan azyaşlıların sayı son 35 ilin rekord göstəricisi olub.