Ru
14:44 / 01 Aprel 2024

ABŞ erməni hərbçilərə təlim keçir - FOTO

ABŞ erməni hərbçilərə təlim keçir -  FOTO
Eye

Ermənistan-Amerika müdafiə əməkdaşlığı çərçivəsində aprelin 1-də ABŞ-dan bir qrup mobil hərbi təlimatçı İrəvana səfər edib.

Bakupost.az "Novosti Armeniya"ya istinadla xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası Müdafiə Nazirliyinin inzibati kompleksində aprelin 1-dən 5-dək təlimatçılar Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin və “Zinuc Media” dövlət qurumunun əməkdaşları ilə ictimaiyyətlə əlaqələr və kommunikasiyalar sahəsində təcrübə mübadiləsi aparmaq üçün təlimlər keçirəcəklər.

Proqramın açılışında Ermənistan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan açılış nitqi ilə çıxış edib.




Zaur
BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar