Ru
14:14 / 22 İyul 2024

ABŞ hərbçisi Ermənistan MN-də nə vaxt işə başlayır?

ABŞ hərbçisi Ermənistan MN-də nə vaxt işə başlayır?
Eye

"ABŞ Dövlət Departamentinin mülki müşaviri yaxın aylarda konsaltinq dəstəyinə başlamaq niyyətindədir".

Bakupost.az xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfirliyi “Azadlıq” radiosunun ABŞ nümayəndəsinin Ermənistan Müdafiə Nazirliyində nə vaxt işə başlayacağı ilə bağlı sualını cavablandırarkən bildirib.

Səfirlikdən qeyd olunub ki, qlobal müdafiə islahatları proqramı üzrə məsləhətçi ABŞ ordusu və ya Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilmir. Maliyyəni Dövlət Departamenti təmin edir və müşavir Ermənistanın müdafiə institutlarını gücləndirməyə kömək edəcək.

“ABŞ Dövlət Departamentinin Qlobal Müdafiə İslahatı Proqramı strateji səviyyəli məsləhət dəstəyi göstərməklə dünya üzrə tərəfdaş ölkələrə daha möhkəm, effektiv və hesabatlı təhlükəsizlik institutları qurmağa kömək edir”, - ABŞ-ın Ermənistandakı səfirliyi bildirib.

Xatırladaq ki, bu yaxınlarda Hetq.am-la söhbətində ABŞ dövlət katibinin müavini Uzra Zeya Ermənistanın Müdafiə Nazirliyində Amerika ordusunun nümayəndəsinin çalışacağına dair qərar verildiyi barədə məlumatı təsdiqləyib.

Zaur
BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar