“Birləşmiş Ştatlar Qəzza zolağında dərhal atəşkəs tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsinə veto qoymaq niyyətindədir”.
Bakupost.az xəbər verir ki, bu haqda “Axios”un müxbiri Barak Ravid mənbələrə istinadən məlumat yayıb.
“ABŞ İsraili məlumatlandırıb ki, BMT Təhlükəsizlik Şurasının bu gün səsverməyə çıxarılması gözlənilən Qəzzada dərhal atəşkəs tələb edən qətnamə layihəsinə veto qoyacaq”, - Ravid “X” səhifəsində yazıb.
Qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasının on qeyri-daimi üzvü hazırlayıb.