Ru
11:27 / 06 İyun 2025

Xaçmazda 37 yaşlı qadın maşında sıxılı vəziyyətdə qaldı - VİDEO

Xaçmazda 37 yaşlı qadın maşında sıxılı vəziyyətdə qaldı - VİDEO
Eye

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəndov-Yalama avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bakupost.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri cəlb ediliblər.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, QAZ-3110, "KIA Rio" və "Mitsubishi Pajero" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və "KIA Rio"da olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə Şabran rayonunun Uzunboyad kənd sakini, 1988-ci il təvəllüdlü Təranə Cəfər qızı Əliyevanı deformasiyaya uğramış avtomobildən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar