Ru
21:56 / 31 İyul 2025

İsrail təsdiqlədi: Livanda bu hədəfləri vurmuşuq!

İsrail təsdiqlədi: Livanda bu hədəfləri vurmuşuq!
Eye

İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Ordusunun Livandakı "Hizbullah"ın hədəflərinə zərbələr endirdiyini təsdiqləyib.

Bakupost.az xəbər verir ki, bu barədə "Tayms of İsrail" məlumat yayıb.

Katsın sözlərinə görə, hədəf Livanın şərqindəki Bekaa vadisində yerləşən yüksək dəqiqlikli silahlar istehsal edilən zavod - “Hizbullah”ın ən böyük silah istehsalı obyekti olub. Nazir qeyd edib ki, bu obyekt buna qədər də İsrail ordusu tərəfindən vurulub.

O, həmçinin qruplaşmanın döyüş qabiliyyətini bərpa etməyə çalışdığı digər hədəflərə də hücum edildiyini bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar