Aparıcı-prodüser Tarix Əliyev (Tolik) türkiyəli müğənni Rza Tamerin lirə Azərbaycanda keçmədiyi üçün Bakı konsertini ləğv etməsinə sərt reaksiya verib.
Bakupost.az xəbər verir ki, o, bu barədə instagram səhifəsində video paylaşıb.
"Türkiyədə küçə müğənnisi kimi tanınan Rza Tamerin Azərbaycana qoyduğu şərtə bax ki, "Türkiyə lirəsi hansı ölkədə keçərli deyilsə, orada konsert verməyəcəm".
Bəzi restoran sahiblərinə səslənirəm ki, hər küçədən keçəni Azərbaycana bəh-bəhlə gətirib, başımıza otuzduracaqsınızsa, bizim daxili işlərimizə burnunu soxacaqsa, biz də sizləri boykot edəcəyik. Statusundan asılı olmayaraq, heç kəs ölkəmizin daxili siyasətinə qarışa bilməz! Sən küçə müğənnisinin küçə söhbətinə bax! Sən kimsən ki, səni hələ burada adam yerinə qoyub, dəvət edirlər? Sən də şərt qoyursan ki, Türkiyə kirəsi burada keçərli olsun?!"
Xatırladaq ki, Türkiyədə küçə ifaçısı kimi məşhurlaşan müğənni Rza Tamer bu gün Bakıda baş tutmalı olan konsertini gözlənilmədən ləğv etdiyini açıqlayıb. Müğənni konsertin baş tutmama səbəbi kimi Türkiyə lirəsinin Azərbaycanda keçərli olmamasını bildirib.