ABŞ Ukraynadakı vəziyyətin nizamlanması məqsədilə Rusiya ilə qarşılıqlı anlaşmaya nail olmaq üçün dialoqu davam etdirir.
Bakupost.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio "Fox Radio"ya müsahibəsində bildirib.
"Biz Rusiya tərəfi ilə qarşılıqlı təmasları davam etdiririk. Bu həftənin əvvəlində onlarla əhatəli danışıqlar aparmışıq. Bu danışıqlar Putinlə deyil, onun yüksək vəzifəli nümayəndələrindən bəziləri ilə baş tutdu. Ümid edirik ki, bu, bizi sülhə aparacaq birgə anlayışa gətirə bilər. Amma hələ ki bu istiqamətdə hər hansı irəliləyiş müşahidə olunmur", – deyə Rubio vurğulayıb.