ABŞ-də korrupsiya lobbiçilik institutu tərəfindən leqallaşdırılıb.
Bakupost.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, korrupsiya dünyanın bir çox ölkələrinə, bəlkə də bütün ölkələrinə xasdır, ona görə də burada qeyri-adi heç nə yoxdur. O vurğulayıb ki, cəmiyyətin bu hadisə ilə mübarizə aparmaq istəyi və qabiliyyəti vacibdir.
“Avropada korrupsiya yoxdur? Yaxud Birləşmiş Ştatlarda? Ora baxın, orada korrupsiya ümumiyyətlə leqallaşdırılıb. Onlar lobbiçilik institutunu yaradıblar”, – deyə Rusiya lideri əlavə edib.
Lalə,
BakuPost