Ru
16:05 / 01 Avqust 2025

Üç yaşlı qızın oğurlanması anbaan kamerada - VİDEO

Üç yaşlı qızın oğurlanması anbaan kamerada -  VİDEO
Eye

ABŞ-da ticarət mərkəzində bir kişi üç yaşlı qız uşağını oğurlayıb və bu an təhlükəsizlik kamerasına düşüb.

Bakupost.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Hadisə Virciniya ştatının Ferfaks dairəsində yerləşən ticarət mərkəzində baş verib. Polisin məlumatına görə, azyaşlı qapalı oyun sahəsindən qısa müddətə uzaqlaşıb. Bundan istifadə edən naməlum şəxs telefonla danışa-danışa onun arxasınca gedib. Videogörüntülərdə həmin şəxsin qızı qaldıraraq sürətlə uzaqlaşdığı əks olunub.

Qızın atası övladını meydançada görmədikdə dərhal yaxınlıqda olan həyat yoldaşına xəbər verib. Ana isə yad şəxsin uşağı ilə uzaqlaşdığını görərək onu saxlayıb və qızını geri alıb.

Polis şübhəlinin 26 yaşlı Andres Kaseres Jaldin olduğunu müəyyən edib. Ona azyaşlını oğurlama ittihamı irəli sürülüb.

İstintaq zamanı Jaldin bildirib ki, guya qıza valideynlərini tapmaqda kömək etmək istəyib. Lakin məlum olub ki, o, daha əvvəl öz ailə üzvlərinə qarşı törədilmiş zorakı cinayətlərə görə məsuliyyətə cəlb edilib. 2023-cü ildə ona qarşı hücum, xəsarət yetirmə və əmlakı qəsdən məhv etmə ittihamları irəli sürülsə də, sonradan bu ittihamlar ləğv olunub. Həmçinin, ona şizofreniya diaqnozu qoyulub.

Hazırda şübhəli şəxs girov hüququ olmadan həbsdə saxlanılır.

Lalə,
BakuPost




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar