İranın Gülistan əyalətində İslam İnqilabı Keşikçiləri Korpusuтгт (SEPAH) zabitləri ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahunun həbsini imitasiya edən təlimlər keçiriblər.
Bakupost.az xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.
Səhra şəraitində baş tutan və "hərbi nümayiş" xarakteri daşıyan təlim simvolik mesaj kimi qiymətləndirilib. Təlimdə Tramp və Netanyahu rolunu oynayan şəxslərin "həbsi" səhnələşdirilib.
İddialara görə, tamaşa İran rəsmilərinin Trampın sanksiya qərarlarına və müharibə cinayətləri ittihamlarına cavabı olub.