Ru
16:10 / 01 Avqust 2025

Yeni helikopterinin sınağı zamanı həlak oldu - Dəhşətli GÖRÜNTÜLƏR

Yeni helikopterinin sınağı zamanı həlak oldu -  Dəhşətli GÖRÜNTÜLƏR
Eye

Rusiyanın Kirov vilayətində tanınmış aviamühəndis və konstruktor Vladimir Trapeznikov faciəli şəkildə həlak olub. Ömür boyu beş təyyarə və bir helikopter yığan mütəxəssis özünün yığdığı helikopterin növbəti sınaqları zamanı ölüb.

Bakupost.az bu barədə "112" "Telegram" kanalına istinadla xəbər verir.

Bildirilib ki, 88 yaşlı konstruktor ailə üzvləri ilə birlikdə Zalazna kəndi yaxınlığındakı sahəyə gedərək helikopterini sınaqdan keçirmək istəyib. Lakin mühərrikin işə düşməsi zamanı faciə baş verib - pərlərdən biri qoparaq Trapeznikovun başına dəyib və ağır xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, bir neçə saat sonra dünyasını dəyişib.

Məlumata görə, uşaqlıqdan pilot olmağı arzulayan Trapeznikov peşəkar olmasa da, ömrünü aviasiyaya həsr edib. Uzun illər meşə-sənaye təsərrüfatında sürücü işləyən həvəskar aviakonstruktor 1985-ci ildə hazırladığı ilk özəl təyyarə ilə uçuşu sayəsində məşhurlaşıb. Həmin illərdə bu hadisə "Panorama" kino-xəbərlərində işıqlandırılmış, özü isə "Uçmaq üçün doğulanlar" adlı sənədli filmin qəhrəmanı olmuşdu.


Yeni helikopterinin sınağı zamanı həlak oldu -  Dəhşətli GÖRÜNTÜLƏR
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar