Ru
22:51 / 31 İyul 2025

Rusiyadan Kiyevə dəhşətli hücum - 15 ölü, 145 yaralı - FOTO+VİDEO

Rusiyadan Kiyevə dəhşətli hücum - 15 ölü, 145 yaralı - FOTO+VİDEO
Eye

Kiyevə hücumlar nəticəsində ölənlərin sayı 15-ə çatıb.

Bu barədə Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.

Yaralıların sayı isə 145-ə yüksəlib.

***
10:33
Bu gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyevə irimiqyaslı hava hücumu həyata keçirib. Hücum nəticəsində azı 6 nəfər həyatını itirib, 48 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı Kiyev Şəhər Hərbi Administrasiyası və mer Vitali Kliçko təsdiqləyib.
Qeyd olunur ki, Ukrayna ərazisinə 300-dən çox pilotsuz uçuş aparatı və 8 raketlə hücum edilib. Raketlərdən biri yaşayış binasına tuş gəlib və binanın giriş hissəsi tamamilə dağılıb. Digər ərazilərdə də yaşayış evlərinə, sənaye və infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Hazırda paytaxtda bəzi yollar bağlıdır və ictimai nəqliyyat marşrutları dəyişdirilib.


Prezident Volodimir Zelenski baş verənləri şərh edərək bildirib:

“Bu gün dünya bir daha Amerikanın və Avropanın dəstəyi ilə atdığımız sülh addımlarına Rusiyanın cavabını gördü. Yeni nümayişkaranə qətllər. Demək, dünya gücsüz sülhə nail ola bilməz”.

Aysel
BakuPost






Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar