Pentaqon İsrail və İran arasında qarşılıqlı zərbələr fonunda Yaxın Şərqə əlavə qırıcı təyyarələr göndərir.
Bakupost.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Söhbət F-16, F-22 və F-35 tipli təyyarələrdən gedir.
Mənbələrin bildirdiyinə görə, bu addım müdafiə məqsədləri daşıyır.