Ru
18:22 / 18 İyul 2025

ABŞ Zəngəzuru icarəyə götürsə, müharibə olacaq - Ekspert

ABŞ Zəngəzuru icarəyə götürsə, müharibə olacaq - Ekspert
Eye

Siyasi müşahidəçilər hesab edir ki, ABŞ-ın Zəngəzur dəhlizini icarəyə götürməsi ilə danışıqların pozulma ehtimalı 60 faizə çata bilər.

Bakupost.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

Nəşrin qeyd etdiyinə görə, bu, Zəngəzur dəhlizi layihənin həyata keçirilməsini 12-18 ay gecikdirə bilər.

"Forbes"in analitiki Güney Yıldız isə hesab edir ki, Vaşinqtonun Zəngəzura böyük önəm verməsi onun ABŞ-nin rəhbərliyi altında Avropanın enerji xərclərini azaltmaq və Rusiyaya qarşı durmaq üçün əhəmiyyətli bir dəhlizə çevrilməsi ilə bağlıdır.


“ABŞ-ın Zəngəzur dəhlizini 100 illiyinə icarəyə götürmək barədə cəsarətli təklifi illik 50-100 milyard dollar ticarət dövriyyəsi vəd edir. Lakin bu təşəbbüs Qafqaz bölgəsində yeni bir gərginlik ocağının yaranmasına və bunun da soyuq müharibəyə çevrilməsi riskinə yol aça bilər”, - deyə materialda qeyd olunur.

Yıldızın fikrincə, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması Xəzər dənizi ehtiyatlarına çıxışı asanlaşdıra bilər ki, bu da BP kimi şirkətlərin idxal xərclərini potensial olaraq 10-15 faiz azalda bilər.

Lalə,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar