Ru
18:32 / 18 İyul 2025

Rusiya XİN-dən Aİ-nin 18-ci sanksiyalar paketinə REAKSİYA - FOTO

Rusiya XİN-dən Aİ-nin 18-ci sanksiyalar paketinə REAKSİYA - FOTO
Eye

Moskva Avropa İttifaqı (Aİ) tərəfindən Rusiya əleyhinə qəbul edilən 8-ci sanksiyalar paketinə cavab olaraq əks tədbirlər görülməsini istisna etmir.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin müavini Aleksandr Qruşko bildirib.

“Lazım gələrsə, maraqlarımızı təmin edəcək tədbirlər görəcəyik. Həmçinin, bəzi əks-tədbirlər də mümkündür”

Qruşko həmçinin bildirib ki, Rusiya yeni sanksiya paketinin ölkə iqtisadiyyatına necə təsir edəcəyini təhlil edəcək.

Xatırladaq ki, bu gün Aİ-nin daimi üzvləri Rusiyaya qarşı növbəti məhdudlaşdırıcı tədbirlər paketini razılaşdırıblar. Paketə Rusiya neftinin maksimal qiymətinin aşağı salınması, “Şimal Axını-1” və “Şimal Axını-2” qaz kəmərlərinin işlədilməsinə qadağa daxildir. Həmçinin, məhdudiyyətlərə Rusiyanın “kölgə donanması” ilə əlaqələndirilən 105 gəmi daxil edilib.

Lalə,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar