Ru
09:38 / 19 Yanvar 2026

Elşad Xose həbsdən buraxıldı

Elşad Xose həbsdən buraxıldı
Eye

Tanınmış reper Elşad Xose həbsdən azad edilib.


Bakupost.az xəbər verir ki, reper polisin müvəqqəti saxlanma yerindən sərbəst buraxılıb.

Xatırladaq ki, 47 yaşlı sənətçi bir neçə gün əvvəl Yasamal rayonunda xuliqanlıq hərəkətlərinə görə saxlanılmışdı. Yasamal Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 15 sutkalıq həbs tədbiri seçilmişdi.

Elşad Xose qərardan apelyasiya şikayəti verərək tanınmış şəxs olduğunu və səhhətində problemlər olduğunu bildirərək azadlığa buraxılmasını tələb etmişdi. Lakin Apelyasiya Məhkəməsi əvvəlki qərarı qüvvədə saxlamışdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar