I Qarabağ müharibəsi qazisi, polkovnik-leytenant Sakit Niftiyev vəfat edib.
Bakupost.az xəbər verir ki, o, yaşadığı Cəlilabad rayonunda ürəktutmadan dünyasını dəyişib.
Mərhum ötən gün rayonun Kazımabad kəndində dəfn edilib.
Qeyd edək ki, I Qarabağ müharibəsinin qazisi olan S.Niftiyev müharibədən sonrakı illərdə də orduda xidmətinə davam edib və daha sonra ehtiyata buraxılıb.