Ru
09:28 / 19 Yanvar 2026

Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi
Eye

Amerikalı rejissor və ssenarist Rocer Allers 76 yaşında dünyasını dəyişib.


Bakupost.az xəbər verir ki, bu barədə kinoprodüser Deyv Bossert sosial şəbəkələrdə məlumat yayıb.

Rejissorun ölüm səbəbi açıqlanmayıb.

Rocer Allers 1950-ci ildə ABŞ-ın Nyu-York ştatının Ray şəhərində anadan olub. O, animasiyaya beş yaşında “Peter Pan” cizgi filmini izlədikdən sonra maraq göstərməyə başlayıb. Allers Harvardda animasiya üzrə kursları bitirib və daha sonra rejissor Stiven Lisbergerin studiyasında çalışmağa başlayıb.

Onun rejissor kimi debütü “Şir Kral” cizgi filmində olub. Bundan başqa, Allers Disney studiyasında ssenarist kimi də fəaliyyət göstərib və “Ələddin”, “Gözəl və bədheybət”, “İmperatorun yeni macəraları” kimi məşhur layihələr üzərində çalışıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar