23:42
Abşeron rayonunda güclü yanğın başlayıb.
Bakupost.az xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsi ərazisində qeydə alınıb.
Yanğın qısa müddətdə hektarlarla ərazini əhatə edib. Yanğın Saray və Novxanı qəsəbələrində yaşayış evlərinə yaxınlaşmaq üzrədir.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları cəlb edilib. Yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür. Yanğının yaşayış məntəqəsinə keçməməsi üçün səylər göstərilir.
FHN-dən isə bildirilib ki, hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
***
Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində açıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.
Bu barədə FHN-dən bildirilib.
Bildirilib ki, havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın ətraf ərazilərə, o cümlədəm yaşayış evlərinə keçməsinə imkan verilməyib.