Rusiyanın Yekaterinburq şəhərinin Lenin Rayon Məhkəməsi ötən illərdə törədilmiş qətllərə dair iş üzrə təqsirləndirilərək saxlanılan Abbas Azay oğlu Əzizov barəsində qərar çıxarıb.
Bakupost.az xəbər verir ki, bu barədə məhkəmənin Mətbuat Xidməti məlumat yayıb.
Məhkəmə istintaqın vəsatətitini təmin edərək Abbas Əzizov barəsində iyulun 19-dək həbs qətimkan tədbiri seçib.
Bununla da Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8-ə çatıb.