Ru
17:57 / 21 Sentyabr 2022

"Açıq mikrofon" Zaqatalada - FOTO

"Açıq mikrofon" Zaqatalada - FOTO
Eye

"Zaqatalada keçirilən "Açıq mikrofon" aksiyasında qarşılaşdığınız problemləri və müraciətlərinizi dinləməyə hazırıq. Sizi maraqlandıran suallarınızı və təkliflərinizi “Açıq mikrofon”da səsləndirə bilərsiniz."


Bakupost.az xəbər verir ki, bunu Zaqatala Regional qaz istismarı İdarəsinin rəisi Sübhi Bayramov abonentlər qarşısında çıxışı zamanı bildirib.


Aksiyada ümumilikdə 15 müraciət qeydə alınlb. Bunlardan 13-ü rayonun Muğanlı, Üçüncü Tala, Dağlı, Çobankol, Qımır, Gözbarax, Suvagil, Faldarlı, Uzunqazmalar, Mamrux kəndləri və Şimal-qərb massivinin qazlaşdırılması ilə bağlı olub. Qalan 2 müraciətdən biri Yuxarı Tala sakini Yusif Şabanov tərəfindən ünvanlanıb ki, bu da fərdi yaşayış evinə sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsindən ibarət olub. Hər bir müraciət Birliyin Zaqatala Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb.



Bəzi müraciətlərin araşdırılmasına dair tapşırıq verilib.


"Açıq mikrofon" Zaqatalada - FOTO
"Açıq mikrofon" Zaqatalada - FOTO
"Açıq mikrofon" Zaqatalada - FOTO
"Açıq mikrofon" Zaqatalada - FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar