Tanınmış aparıcı Ada Süleymanın öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
"Bakupost" xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb.
İş üzrə ekspertizalar təyin edilib.
***
09:02
ARB TV-nin keçmiş aparıcısı Ada Süleyman yol-nəqliyyat hadisəsində həyatını itirib.
“Bakupost” xəbər verir ki, o, dostları ilə doğum gününü qeyd etdikdən bir neçə saat sonra qəza keçirib.
Hadisə ilə bağlı aktyor Şəhriyar Əbilov “Instagram” hesabında paylaşım edib.
“Az öncə ad günündə idim, səni təbrik etdim. Sənin öz üzərində işləyib inkişaf etməyindən danışdıq, gözün doldu. Gözəl ad günü keçdi, səninlə sağollaşıb çıxıb getdim. Sonra isə sən qəzada dünyanı dəyişdin...”, - paylaşımda deyilir.
Qeyd edək ki, o, uzun müddət “Sən olsaydın” verilişinin aparıcısı olub.