Ru
13:52 / 17 May 2022

Altsheymer xəstəliyinə qarşı vaksin hazırlandı

542
Amerikalı bioloq alimlər dünyanı bürüyən əqli itki altsheymer xəstəliyinin qarşısını ancaq vaksinlə almağın mümkünlüyünü bildirib.

Bakupost.az xəbər verir ki, amerikalı bioloqlar qarğıdalıdan hasil olan zülal sayəsində yeni vaksin preparatı tərkibi kəşf ediblər.

Altsheymer xəstəliyi zamanı beyində beta amiloid kütlələri əmələ gəlir. Tədricən metionun qalıqları orda metionin sulfoksidə çevrilir.
Tədqiqatçılar qarğıdalıda olan bir növ zülalın əsasında rekombinant zülal əldə ediblər.

Altsheymerə meyilli siçanların üzərində bu zülal MetO-ə qarşı antitellərin yaranmasına səbəb olur. 1 ay sonra siçanların beyin funksiyasında yaxşılaşma baş verib.

Beynində antitel olan siçanların beyni digər qrupdan 50% daha yaxşı işləyib. Siçanların beyninin yarılması göstərir ki, beta amiloidlər və MetO peyvəndlənmiş siçanların beynində yığılır.

Alimlər hesab edir ki, immunizasiya və peyvənd altsheymeri yubatmaq və ya qarşısını almaq üçün ən düzgün metoddur.
Peyvəndi 50 yaşdan sonra insanlara vurmaq olar, daha sonra 2 və 3-cü buster dozanı tətbiq etmək mümkündür.

Bu onları 80 yaşa kimi əqli sağlam saxlaya biləcək.

Aygün Musayeva
BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər