Ru
19:04 / 02 Aprel 2024

AMEA prezidentindən yeni təyinat

AMEA prezidentindən yeni təyinat
Eye

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəylinin sərəncamı ilə texnika üzrə fəlsəfə doktoru dosent Hüseyn Hüseynov AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsinə təyin olunub.

Bakupost.az xəbər verir ki, bu barədə APA-ya AMEA-dan xəbər verilib.

Qeyd edək ki, Hüseyn Hüseynov 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasında çalışır. 2018-2022-ci illərdə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsi müdirinin müavini vəzifəsində işləyib. 2022-ci ildən həmin şöbənin müdiri vəzifəsində çalışıb.

Texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov 9 apreldə texnika elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar