Ru
18:23 / 23 İyun 2025

Amili İsrailin hücumlarından sonra ilk dəfə üzə çıxdı

Amili İsrailin hücumlarından sonra ilk dəfə  üzə çıxdı
Eye

Ərdəbilin cümə namazının imamı Ayətullah Seyid Həsən Amili ABŞ-ın İrana son hücumundan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxaraq, sosial şəbəkə platforması X-də paylaşım edib.

Bakupost.az xəbər verir ki, o, baş verənləri “Qüdsün azad ediləcəyinə bir vəd” kimi dəyərləndirib.

Ayətullah Amili paylaşımında “İsrail oğullarının fitnələri” barədə Quran ayələrinə istinad edərək, sionizmin məğlubiyyətinin yaxınlaşdığını, Əl-Əqsa məscidinin azad ediləcəyinin isə ilahi vəd olduğunu bildirib.

İsrailin son hücumlarından sonra uzun müddət səssiz qalan Amilinin bu açıqlaması onun ilk açıq çıxışıdır. O, həmçinin bölgədəki geosiyasi dəyişikliklərin və müqavimət cəbhəsinin artan gücünün bu nəticəni qaçılmaz etdiyini vurğulayıb.

Qeyd edək ki, Ayətullah Seyid Həsən Amili Azərbacyana qarşı yönələn təxribatçı çıxışları ilə məşhurdur.

Aysel,
Bakupost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar