Ru
10:03 / 23 İyul 2024

Anasının meyitini 5 il evdə gizlətdi

Anasının meyitini 5 il evdə gizlətdi
Eye

Yaponiyada polis ölmüş anasının cəsədini 5 il evdə saxlayan 60 yaşlı kişini həbs edib.

Bakupost.az xəbər verir ki, Yaponiyanın Osaka şəhərinin İkuno rayonunda yaşayan 60 yaşlı Katsunori Onada etdiyi hərəkətlə hər kəsi şoka salıb.


Onada 5 il əvvəl dünyasını dəyişən anasının meyitini evin yataq otağında gizlədib. Mübahisə zəminində polislə görüşən Onadanın etirafı ilə həqiqət üzə çıxıb.

Onada polisə anasının 2019-cu ilin sentyabrında öldüyünü və cəsədin o vaxtdan evdə olduğunu etiraf edib. O açıqlamasında "Bir gün anam yeməyi dayandırdı və sonra öldü. Cəsədi çox problem yaradacağını düşündüyüm üçün ikinci mərtəbədəki yataq otağına qoydum", deyə bildirib.

Cinayətini etiraf edən Onada həbs edilib.

Hadisə ilə bağlı araşdırma başlatan polis, Onadanın anasının pensiyasını bankdan çəkməyə davam edə bilməsi üçün meyiti evdə gizlətməsi ehtimalını nəzərdən keçirir.


Elnur
BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar