Ru
20:11 / 25 Oktyabr 2024

Arvadı tərəfindən qətlə yetirildiyi bildirilən Hacının - FOTOSU

Arvadı tərəfindən qətlə yetirildiyi bildirilən Hacının - FOTOSU
Eye

Xəbər verdiyimiz kimi, ötən gün səhər saatlarında Xətai rayonu ərazisində 1986-cı il təvəllüdlü Hacı Mahmudov qətlə yetirilib.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki,, onun 1987-ci il təvəllüdlü həyat yoldaşı Raidə Mahmudova tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlumata görə, Hacı Mahmudovun baş nahiyəsinə küt alətlə zərbələr yetirilib və çarpayıdan yerə itələnməsi nəticəsində aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Raidə Mahmudova iş üzrə şübhəli şəxs qismində tutulub.

Qətlə yetirilən Hacı Mahmudovun fotosunu təqdim edirik:

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar