Ru
12:40 / 25 Noyabr 2022

ASAN-ın səlahiyyətləri niyə alındı? – “Problemlər var idi...”

9147
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 24 noyabr 2022-ci il tarixində Elektron hökumət sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı Fərman imzalayıb.

Fərmana əsasən, elektron hökumət sahəsində dövlət siyasətinin və tənzimləməsinin həyata keçirilməsi, o cümlədən fəaliyyətin təşkili və əlaqələndirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib. “MyGov” portalı da ASAN Xidmətdən alınaraq bu nazirliyə verilib.


Fərmanın imzalanmasını zəruri edən nədir?




Mövzu ilə bağlı "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Bakupost.az -a açıqlama verib.


O, Fərmanın sahə üzrə mərkəzləşdirmədə, təkrarlığı aradan qaldırmaqda faydası olacağını deyib:


“Ölkədə rəqəmsallaşmaya cavabdeh qurum Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. Rəqəmsal transformasiya məsələləri bu qurumun səlahiyyətindədir. 1 il öncə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adı “Rəqəmsal İnkifaş Nazirliyi”nə dəyişib. Bundan sonra nazirliyə əlavə səlahiyyətlər verilib. Bu məsələdən sonra paralellik var idi. Rəqəmsal transformasiya bir tərəfdə idi, elektronlaşma-filan digər tərəfdə. Rəqəmsallaşmada mərkəzləşmə, rəqəmsal transformasiya, “elektron hökumət” portalını təkmilləşdirmək, rəqəmsallaşma məsələlərini bir qurumda birləşdirmək məqsədilə Fərman imzalanıb. Düşünürəm ki, bu, gözlənilən idi”.


O.Gündüz, ASAN xidmətin 4 il müddətində elektron hökumət portalı ilə bağlı işlər görsə də, bunun kifayət etmədiyini vurğulayıb:


“Son vaxtlar ASAN xidmətdə bu sahə ilə bağlı problemlər müşahidə olunurdu. Elektron hökumət quruculuğu sahəsində koordinasiya, qanunvericiliyin təkmilləşməsi, inteqrasiya işləri ilə bağlı məsələlərdə problemlər var idi. Koordinasiya məsələsini xüsusi qeyd etmək istəyirəm. Elektron Hökumətin İnkişafı Mərkəzi mərkəzi icra orqanları ilə bu məsələləri qurmaqda çətinlik çəkirdi. Elektron hökumətin quruculuğunda qanunvericilik tərəfinin reallaşması, rəqəmsal sənədlərin hüquqi tanınması ilə bağlı problemlər var idi. Hasab edirəm bu sahənin nazirliyə verilməsi ilə problemlərin aradan qaldırılacaq, işlər daha sürətlənəcək”.


Aynur
BakuPost


Həmçinin oxuyun:


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər