Ru
15:33 / 10 İyun 2024

Atatürk prospektinin bir hissəsi təmir olunur - VİDEO

798
Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün paytaxtın Atatürk prospektində də təmir işlərinə start verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bakupost.az -a verilən məlumata görə, təmir işləri prospektin Səttar Bəhlulzadə küçəsindən Fətəli xan Xoyski küçəsinədək olan 1700 metrlik hissəsində aparılır.


Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün frezlənməsi və frez materialının kənara daşınması işləri icra olunur.

Qeyd edək ki, işlərin aparıldığı ərazidə hərəkət tam məhdudlaşdırılmır. Yalnız ərazidən keçən avtonəqliyyat vasitələrinin və çalışan işçilərin təhlükəsizliyi baxımından müəyyən hərəkət zolaqları üzrə qismən məhdudlaşma tətbiq edilir.

Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər