Ru
23:07 / 07 Dekabr 2022

Avropa Komissiyasından Rusiyaya qarşı 9-cu sanksiyalar paketi

Avropa Komissiyasından Rusiyaya qarşı 9-cu sanksiyalar paketi
Eye

Avropa Komissiyası Rusiyaya qarşı növbəti, 9-cu sanksiyalar paketini təqdim edib.


Bakupost.az bildirir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen məlumat verib.


Sanksiya siyahısında 200 fiziki və hüquqi şəxsin, o cümlədən 3 bank, 4 televiziya və müdafiə sənayesi müəssisələri yer alır. Sanksiyaya görə Rusiyaya ikili təyinatlı pilotsuz vasitələr və onların komponentlərinin ixracı da qadağan edilir.


Lyayen bildirib ki, sanksiya paketinə daha 4 Rusiya kanalının Avropada yayımının dayandırılması, həmçinin Federasiyanın dağ-mədən sənayesinə sərmayələrin tam qadağan edilməsi daxildir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar