Ru
09:00 / 17 Mart 2025

Avstraliya Ukraynaya qoşun göndərir

Avstraliya Ukraynaya qoşun göndərir
Eye

Avstraliya Ukraynaya sülhməramlı kontingent göndərməyə hazırdır.

Bakupost.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Entoni Albaneze məlumat verib.

Onun sözlərinə görə, sülhməramlı qüvvələrin göndərilməsi Avstraliyanın milli maraqlarına uyğundur: “Avro-Atlantikada baş verənlərin Hind-Sakit okean regionu üçün ciddi fəsadları var. Avstraliya Ukrayna ilə bağlı sülhməramlı səylərdə iştirak etmək üçün istənilən müraciətə baxmağa açıqdır”.

Hökumət başçısı xatırladıb ki, rəsmi Kanberra indiyə qədər Kiyevə yardım və Ukrayna ordusuna təlim keçmək üçün 1,5 milyard Avstraliya dolları (950 milyon dollar) göndərib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar