Rusiyanın Yakutiya vilayətində mədən işçilərini daşıyan avtobus 25 metrlik uçurumdan aşıb.
Bakupost.az xəbər verir ki, ilkin məlumata görə, “NEFAZ” markalı avtobusun sürücüsü, “Vostochnaya Denisovskaya” mədəninin əməkdaşlarını daşıyarkən idarəetməni itirib. Nəticədə avtobus texniki yoldan çıxaraq dərəyə aşıb.
Hadisə zamanı avtobusda təxminən 36 nəfər olub. Onlardan 14 nəfər həlak olub.
Ağır xəsarət alan yeddi nəfər xəstəxanaya çatdırılıb.
Aysel,
BakuPost