Ru
12:59 / 21 İyul 2025

Marketdə qətl törədən məktəbliyə AĞIR CƏZA - FOTO+VİDEO

Marketdə qətl törədən məktəbliyə AĞIR CƏZA - FOTO+VİDEO
Eye

Bakının Sabunçu rayonunda qətl hadisəsi törətməkdə ittiham olunan Elcan Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakupost.az "Report"a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən Elcan Süleymanov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Onun cəzasını yetkinlik yaşına çatmayanlarla bağlı müəssisədə çəkməsi qərara alınıb.

Qeyd edək ki, ittihama görə ötən il oktyabrın 2-də səhər saatlarında Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində 2004-cü il təvəllüdlü Nağıyev Xəyal Əbülfət oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Elcan Süleymanov müəyyən olunaraq saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.Elcan Süleymanov qətli törədən zaman məktəbli olub.



Marketdə qətl törədən məktəbliyə AĞIR CƏZA - FOTO+VİDEO
Marketdə qətl törədən məktəbliyə AĞIR CƏZA - FOTO+VİDEO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar