Ru
18:16 / 16 May 2026

Peskov "cəza olaraq" türk dilini öyrənməyə məcbur edildi

Peskov "cəza olaraq" türk dilini öyrənməyə məcbur edildi
Eye

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov arzuolunan xarici dilin öyrənilməsi üzrə kifayət qədər bal toplamadığına görə cəza olaraq türk dilini öyrənib.

Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə Kremlin nümayəndəsi özü jurnalistlərlə söhbətində danışıb.

"Dili özüm seçmək hüququnu əldə etmək üçün hətta ikinci dəfə də tələb olunan balları toplaya bilmədim. Əslində, ərəb dilini öyrənmək istəyirdim. Aşağı nəticə göstərdiyimə görə məni türk dilini öyrənməyə məcbur etdilər", - deyə Peskov bildirib.

Onun qeyd etdiyinə görə, türk dilinin öyrənilməsi üzrə bir neçə il davam edən əziyyətli işdən və türkologiya sahəsində biliklərin dərinləşdirilməsindən sonra bu qənaətə gəlib ki, əldə edilən təcrübə son dərəcə dəyərli olub.

Qeyd edək ki, Peskov Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunun məzunudur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar