Ru
12:26 / 21 İyul 2025

Rusiya hava limanlarında xaos – 140 reys təxirə salındı – FOTO+VİDEO

Rusiya hava limanlarında xaos –  140 reys təxirə salındı – FOTO+VİDEO
Eye

Rusiyanın hava limanlarında kütləvi reys ləğvləri və gecikmələr davam edir.

Bakupost.az xəbər verir ki, Şeremetyevo hava limanında artıq 75 reys ləğv edilib, 140 reys isə təxirə salınıb. Vnukovo hava limanında isə 17 reys ləğv olunub və ya gecikib.

Moskva hava limanlarında uçuş və enişlərə tətbiq olunan müvəqqəti məhdudiyyətlər səbəbindən Sankt-Peterburqdakı Pulkovo hava limanı azı 22 reysi qəbul edib.

Moskva və Pulkovo hava limanları yüksək yüklənmə şəraitində fəaliyyət göstərir, bütün xidmətlər gücləndirilmiş iş rejiminə keçirilib.

Aysel,
BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar