Ru
20:34 / 10 Dekabr 2025

Onlar “MTN” işlərindəki əməllərinə görə cavab verəcəklər! - Tanınmış vəkil

Onlar “MTN” işlərindəki əməllərinə görə cavab verəcəklər! - Tanınmış vəkil
Eye

Bu gün sosial şəbəkələrdə yayılan bu şəkil məndə çox böyük maraq doğurdu. Ona görə ki, 2019-cu ildən bu şəxsləri belə tədbirlərdə görməmişdim. Ədalət naminə bir qeydi hökmən etməliyəm. Bunların hamısını çox yaxşı tanıyıram. Sadəcə, bu mənzərədə Respublika Prokurorluğunda mətbuat xidmətinin rəisi işləmiş, yanındakıların hərəkətlərindən bixəbər, təbiət etibarlı ilə kolleqalarının tam əksi olan Eldar Sultanovu orada görməyimə çox təəccübləndim. Əgər Zakir Qaralov, Rüstəm Usubovun yanında vaxtilə uzun müddət Z.Qaralovun 1-ci müavini, sonralar Ali Məhkəmənin sədri işləmiş Ramiz Rzayev olsa, şəkil daha “möhtəşəm” görünərdi.


Bakupost.az xəbər verir ki, bunu tanınmış vəkil Aslan İsmayılov sosial şəbəkə hesabında paylaşdığı foto haqda qeyd edib.


Vəkil paylaşımında bildirib ki, görünür, Ramiz Mehdiyev işi Z.Qaralov və R.Usubovu çox narahat etdiyi üçün görüntü naminə E.Sultanovu dəvət ediblər:


"O da “yox” deyə bilməyib. Həyatın ədalətli olduğuna inanıram. Ona görə də hələ də ümid edirəm ki, Z.Qaralov, R.Rzayev və R.Usubov triosu nə vaxtsa istintaqa dəvət ediləcəklər. Yüzlərlə insanın həyatının, biznesinin məhv edilməsi, “Hacı Məmmədov”, “MTN” işlərində, R.Mehdiyevin köməkliyi ilə kənarda qalsalar da, o işlərin hamısının istintaqının aparılması, ittiham aktlarının təsdiq edilməsi, məhkəmədə dövlət ittihamlarının müdafiəsi, qanunsuz hökmlərin çıxarılması və bir çox qanunsuz əməlləri barədə suallara cavab verəcəklər.


Ən əsası, hələ 2002-ci ildə “Hacı Məmmədov” işində ifadə verib bütün dəstəni ifşa etmiş, kimsəsiz Rəna Nəsibovanın Ramiz Rzayev, R.Usubov və digəriləri ilə görüşüb iş üzrə dəqiq detalları deyəndən dərhal sonra “narkotik peredozirovkasından öldü” kimi rəsmiləşdirilməsi, həqiqətdə isə qətlə yetirilməsi faktıdır. Buna görə də qatillərin ifşa edilməsini gözləyirəm".
Asena,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar