Ru
18:32 / 10 Dekabr 2025

Təhsil Nazirliyi ilə Mehdiyevlərin şirkəti arasında 1,2 milyonluq müqavilə imzalandı

Təhsil Nazirliyi ilə Mehdiyevlərin şirkəti arasında 1,2 milyonluq müqavilə imzalandı
Eye

Elm və Təhsil Nazirliyi tender müsabiqəsi keçirmədən “Şərq-Qərb” ASC ilə satınalma müqaviləsi imzalayıb.

Bakupost.az Yeniavaz.com-a istinadla xəbər verir ki, nazirlik “Şərq-Qərb” ASC ilə 1 milyon 213 min manat dəyərində müqavilə imzalayıb.

Müqavilənin şərtlərinə görə, “Şərq-Qərb” ASC nazirliyin sifarişi əsasında dərslik və metodik vəsaitlərin hazırlanması və təkmilləşdirilməsi işlərini həyata keçirəcək.
Məlumat üçün bildirək ki, “Şərq-Qərb” ASC 14 sentyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 589 min 880 manat olan ASC Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 17 ünvanında yerləşir.
ASC ilə eyni ünvanda “Şərq-Qərb Mülk” MMC, “Şərq-Qərb Nəşriyyat Evi” MMC və “Qlobal East West” MMC də yerləşir.

Bu ünvanda vaxtı ilə 4 nömrəli Bakı Kitab Mətbəəsi fəaliyyət göstərib. 2001-ci ildə özəlləşdirilərək “Şərq-Qərb” ASC-yə çevrilib.
Açıqlanan son hesabatlarda “Şərq-Qərb” ASC-nin səhmlərinin 96,5%-inin Mehdiyev Teymur Ramiz oğluna məxsus olduğu bildirilib.

Reyestr məlumatlarında Mehdiyev Teymur Ramiz oğlunun qeydiyyat ünvanı Bakı şəhəri İstiqlaliyyat küç., ev 9, m. 31 göstərilir ki, həmin ünvanda həm də Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş Prezidenti Ramiz Mehdiyev qeydiyyatdadır.
Qeyd edək ki, dövlətə xəyanətdə ittiham olunan və barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilən Ramiz Mehdiyevin yeganə oğlu general-mayor Teymur Mehdiyev bir müddət əvvəl fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad olunub.

Bakupost.az məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar